QADINLARIN ƏMƏK HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA

18.07.2019

 

Ceyhun Mehdiyev

Vergilər Nazirliyinin Tədris Mərkəzinin

Rəisinin birinci müavini

Xülasə

Məqalədə Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq müddəalarına, Beynəlxalq Əməkdaşlıq Təşkilatının qəbul etdiyi Konvensiyaya istinad edilərək irqindən, cinsindən və digər sosial mənşəyindən asılı olmayaraq insanların hüquq və azadlıqları barədə məlumatlar əksini tapmış və vətəndaşlar arasında ayrı seçkiliyin təsbit olunmuş hüquqları barədə müxtəlif hüquqi ədəbiyyatlarda alimlərin baxışları araşdırılmışdır. Vətəndaşların əmək və sosial prinsiplərinin qarşılıqlı əlaqəsi, onların sosial cəhətdən mənafelərinin müdafiəsi, Azərbaycanın sosial dövlət kimi formalaşması istiqamətində siyasəti əsas istiqamət kimi müəyyən olunmuşdur.

Məqalədə qadınlar cəmiyyətin aşağı rəqabətli üzvləri olduqları üçün onların əmək hüquqlarının qorunması, ayrı seçkiliyə yol verilməməsi və mühafizəsi kimi məsələlərin Beynəlxalq Əmək Konfransının 87-ci sessiayasında gündəliyə daxil edilməsi kimi məsələlərə toxunulmuşdur.

Müəllif Azərbaycan Respublikasının əmək qanunvericiliyində məqalədə göstərilən məsələlərin mövcudluğunu qeyd etmiş və müəyyən təkliflərlə çıxış etmişdir.