gallery6

Vergilər Nazirliyinin Tədris Mərkəzi Dövlət vergi orqanlarına işə qəbulla bağlı təlim elan edir.

 

Təlimin başladığı tarix: 1 iyul 2019-cu il. 
Təlimin müddəti: 100 saat (3 ay). 
Təlimin 1 ay üçün qiyməti: 350 AZN

 

Təlimin keçiriləcəyi vaxt: 

1-ci qrup:həftənin 1-ci,2-ci,3-cü və 5-ci günləri saat 16:00-18:00-dək
2-ci qrup:həftənin 1-ci,2-ci,3-cü və 5-ci günləri saat 18:30-20:30-dək.

Modullar və təlimçilər .

Vergi qanunvericiliyi: 34 saat.

Fariz Yadigarov - Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi.

Rəşad Əhmədov - Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru.

Azər Mustafayev - Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi metodologiyası kafedrasının baş müəllimi.

Digər qanunvericilik: 24 saat.

Zahir Babayev - Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru.

Mühasibat uçotu:12 saat.

Qalib Tanrıverdiyev - Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru.

İqtisadiyyat: 10 saat.

İmran Qarayev - Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru.

Məntiq: 24 saat.

Səbuhi Abdullayev - Bakı Dövlət Universitetinin müəllimi, Dövlət İmtahan Mərkəzinin məntiq üzrə eksperti.

Təlimin modullarına ayrılıqda qoşulmaq mümkündür.

Kursun əvvəlində və sonunda sınaq testi keçiriləcəkdir.

Daha ətraflı məlumat üçün isə bizimlə əlaqə saxlaya bilərsiniz
(+994 050) 2543313
(+994 012) 4038872
vntedrismerkezi@gmail.com
Ünvan: Bakı şəhəri,Nərimanov r., Ağa Nemətulla 44