gallery6

Azərbaycan Dövlət İqtisad Universitetində seminar təşkil etmişdir.

22.05.2019

   22.05.2019 tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları Azərbaycan Dövlət İqtisad Universitetinin bir qrup tələbəsi üçün “Gənclərin peşə hazırlığının artırılması” proqramı çərçivəsində seminar təşkil etmişdir.

 İlk öncə Tədris Mərkəzinin əməkdaşı Aysel Cavadova iştirakçılara Tədris Mərkəzinin fəaliyyəti və layihələri barədə məlumat vermişdir.Daha sonra İqtisadiyyat və menecment kafedrasının dosenti Qalib Tanrıverdiyev “Mühasibat Uçotu və Vergi Uçotunun müqayisəsi”mövzusunda təlim keçmişdir.

    Sonda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılmışdır.