gallery6

Vergi əməkdaşları Budapeştdə keçirilən beynəlxalq konfransda iştirak ediblər.

07.12.2018

Noyabr ayının 21-22-də Macarıstanın paytaxtı Budapeşt şəhərində “Dövlət gəlirləri admistrasiyalarının fəaliyyətində təhlükəsizlik və xidmətin inkişafı ilə bağlı yeni istiqamətlər” mövzusunda keçirilən beynəlxalq konfrans təşkil olunub. İki gün davam edən konfransda bir sıra beynəlxalq təşkilatların o cümlədən iştrakçı dövlətlərin nümayəndələri mövzu ilə bağlı maraqlı məruzələr etmiş və ətfraflı müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının nümayəndə heyəti, Vergilər Nazirliyinin Mərkəzi aparatının Beynəlxalq təcrübələrin araşdırılması və layihələrin idarə olunması şöbəsinin baş dövlət vergi müfəttişi Tural Babayev, Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi Orxan Balayev və Dövlət Gömrük Komitəsinin Risklərinin idarə olunması idarəsinin rəisi Ziya Ağayev tədbirdə iştirak etmiş, ölkəmizdə aparılan islahatlar, idxal-ixrac prosesinə vergi və gömrük orqanlarının birgə nəzarəti ilə bağlı görülmüş işlər, həmçinin əməkdaşlığın gücləndirilməsi və informasiya mübadiləsi sahəsində yeni imkanlar, eləcə də riskərin idarə olunması, vergi və gömrük nəzarətindən yayınmalar, çirkli pulların yuyulması və s. önəmli məsələlərlə bağlı debatlar təşkil etmişlər