gallery6

İkinci Respublika İnnovasiya Müsabiqəsinin qalibləri mükafatlandırılıb

10.12.2018

İqtisadiyyat Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə “2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyi”nin məqsədlərini təşviq etmək, innovasiyaları həvəsləndirmək, eyni zamanda "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının və “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin icrasına dəstək məqsədilə keçirilən İkinci Respublika İnnovasiya Müsabiqəsinə yekun vurulub.

Dekabrın 10-da Bakı Biznes Mərkəzində müsabiqə qaliblərinə mükafatlar təqdim edilib.

Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşı Əliyev Aqşin Vüqar oğlu tərəfindən hazırlanmış “Sahibkarlar üçün ticarət əməliyyatlarının elektron məlumat portalı”ideyası Müsabiqə üzrə “Ernst and Young” beynəlxalq audit şirkətinin xüsusi təltifinə layiq görülüb.