XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzi Gəncə şəhərində bir qrup gənc üçün seminar təşkil etmişdir.

  Vergilər Nazirliyinin Tədris Mərkəzi 20.11.2018-23.11.2018-ci il tarixlərində Gəncə Dövlət Universiteti,Azərbaycan Dövlət Aqrar Universiteti,Azərbaycan Texnologiya Universitetinin bir qrup tələbəsi və Gəncə Gənclər evinin fəal üzvləri üçün seminar təşkil etmişdir.Seminarlarda 300-dən artıq gənc iştirak etmişdir.
   Tədbirdə Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev Mərkəzin fəaliyyəti haqqında tələbələri məlumatlandırmışdır.Daha sonra Vergi metodologiyası kafedrasının dosenti Rəşad Əhmədov gənclərin peşə hazırlığının artırılması məqsədilə tələbələrə seminar keçmişdir.
   Seminarın sonunda tələbələri maraqlandıran suallar Tədris Mərkəzinin müəllimləri tərəfindən cavablandırılmışdır.