gallery6

Tədris Mərkəzi sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi seçilib

13.11.2018

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (DİİXİHİ) Respublika Komitəsi rəyasət heyətinin 29 dekabr 2009-cu il tarixli 18 nömrəli protokolu ilə təsdiq edilmiş “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı  müəssisəsi” devizi ilə DİİXİHİ Respublika Komitəsinin qərarına əsasən  müəssisə və təşkilatlarda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı  müəssisəsi devizi ilə illik müsabiqə keçirilib.

Bununla əlaqədar olaraq, Vergilər Nazirliyinin Tədris Mərkəzində Vergilər Nazirliyinin Birləşmiş Həmkarlar ittifaqı Komitəsinin sədri Fariz Osmanov çıxış edərək müsabiqə barədə məlumat verib. O, qeyd edib ki, müsabiqənin əsas məqsədi Həmkarlar İttifaqı nəzarətin səmərəliliyinin yüksəlməsindən, işəgötürənlər tərəfindən işçilərin qanuni hüquq və mənafelərinin qorunmasından, iş yerlərində ictimai nəzarətin rolunun təkmilləşdirilməsindən və ictimai səlahiyyətli nümayəndələrə səmərəli rəhbərlik edən həmkarlar ittifaqı təşkilatlarına köməklik göstərməkdən ibarətdir. Müsabiqə hər il keçirilir. Müsabiqədə təşkilati formasından asılı olmayaraq işçilərin sayı 7 nəfərdən az olmayan müəssisə və təşkilatlar iştirak edirlər.

O, bildirdi ki, bu il keçirilən müsabiqədə Vergilər Nazirliyinin Tədris Mərkəzi də iştirak edib, əməyin və ətraf mühitin mühafizəsi üzrə görülmüş işlərin göstəricilərinə əsasən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı  müəssisəsi” adlı müsabiqənin qalibi olub.

Tədris Mərkəzini rəisi Fərhad Əmirbəyov çıxış edərək Tədris Mərkəzinin müsabiqədə iştirakından məmnun olduğunu, Mərkəzin əməkdaşlarına və Həmkarlar ittifaqı Komitəsinin sədri Fariz Osmanova dərin minnətdarlığını bildirdi.

Sonda Tədris Mərkəzinə “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” adlı müsabiqənin qalibi diplomu təqdim edilib.