XƏBƏRLƏR

"Mühasibat və Vergi uçotu" ilə bağlı Praktiki seminarlar keçirmişdir.

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları 23-26 oktyabr 2018-ci il tarixlərində Bakı Biznes və Kooperasiya və Azərbaycan Maliyyə-İqtisad Kolleclərində gənclərin peşə hazırlığının artırılması, onların vergi sahəsində maarifləndiriliməsi məqsədilə  "Mühasibat və Vergi uçotu" ilə bağlı Praktiki seminarlar keçirmişdir.
          Tədbir zamanı Mərkəzin İqtisadiyyat və menecment kafedrasının baş müəllimi Anar Mirzəyev  Mərkəzin fəaliyyəti və gənclər üçün təşkil edilmiş tədbirlər haqqında iştirakçılara məlumat vermişdir. Seminarlarda təlimçi qismində İqtisadiyyat və menecment kafedrasının dosenti Qalib Tanrıverdiyev, Vergi metodologiyası kafedrasının dosenti Rəşad Əhmədov, həmin kafedranın baş müəllimi Azər Mustafayev Azərbaycanın vergi sistemi, Fiziki şəxlərin gəlir vergisi, Sadələşdirilmiş vergi, Mühasibat uçotu ilə vergi uçotu arasındakı fərqlər kimi mövzularla çıxış etmişdir. Seminarların sonunda verilən suallar Tədris Mərkəzinin əməkdaşları tərəfindən cavablandırılmışdır.

            Tədris Mərkəzi tərəfindən belə seminarların digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.