XƏBƏRLƏR

Tədris Mərkəzi və ARPA İctimai Birliyi əməkdaşlıq çərçivəsində “Mühasibat uçotu haqqında” seminar keçirmişdir.

10 avqust 2018-ci il tarixdə Vergilər Nazirliyinin Tədris Mərkəzi və ARPA İctimai Birliyi (Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosasiyası) əməkdaşlıq çərçivəsində “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda baş vermiş dəyişikliklərin izahı ilə bağlı seminar keçirmişdir. Seminarda dinləyici qismində kənd təsərrüfatı sahəsində çalışan mühasib və maliyyə üzrə mütəxəssislər iştirak etmişdir.

Seminarın başlanğıcında çıxış edən ARPA İctimai Birliyinin icraçı direktoru Əli Bayramov seminarın məqsədi barədə iştirakçılara ətraflı məlumat vermişdir. Daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinin  Maliyyə və mühasibat fakültəsinin dekan müavini Abdulkərim Sadıqov mövzu üzrə təqdimatla çıxış etmişdir. Seminarın sonunda iştirakçıların sualları təqdimatçı və Tədris Mərkəzinin əməkdaşları İqtisadiyyat və menecment kafedrasının dosenti Qalib Tanrıverdiyev, Vergi metodologiyası kafedrasının baş müəllimi Azər Mustafayev  tərəfindən cavablandırılmışdır.