XƏBƏRLƏR

Tədris Mərkəzi ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair ANLAŞMA MEMORANDUMU imzalanıb

6 iyul 2018-ci il tarixində Vergilər Nazirliyinin Tədris Mərkəzi  və İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Əməkdaşlığın məqsədi tərəflərin fəaliyyət istiqamətləri üzrə elmi-metodiki əməkdaşlığın əsasını qoymaq, kadr hazırlığı və elmi-texniki inkişafa dəstək vermək, birgə təlim, seminar və digər tədbirləri təşkil etmək, eləcə də əməkdaşların bilik və peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi, innovasiya texnologiyalarına yiyələnməsi, mütəxəssis mübadiləsi, metodiki dəstək və digər sahələr üzrə qarşılıqlı əlaqələrin yaradılması və inkişafından ibarətdir. Əməkdaşlıq bərabərlik və birgə maraqlar əsasında qurulur.

Anlaşma memorandumunu Vergilər Nazirliyinin Tədris Mərkəzi adınadan Mərkəzin rəisi Fərhad Fikrət oğlu Əmirbəyov digər tərəfdən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu adından İnstitutun direktoru professor Vilayət Məmməd oğlu imzalayıblar