gallery6

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyəti üçün təlim keçirilib.

23.06.2018

Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında elm və təhsil sahəsində imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Universitetin  “Rus iqtisad məktəbi”nin professor-müəllim heyətinin respublikanın təhsil sisteminin bakalavr və magistr pilləsində vergi sistemi, vergilər və vergitutma və digər iqtisadi istiqamətlər üzrə fənlərinin tədrisi ilə əlaqədar olaraq 20-22 iyun 2018-ci il tarixlərdə “Vergi qanunvericiliyinin tətbiqi və vergi auditi” mövzusunda qısamüddətli təlim keçirilib.

Təlimdə təlimçi qismində Vergilər Nazirliyinin Tədris Mərkəzinin kafedra müdirləri i.e.n. İmran Qarayev və i.e.n. Malik Əkbərov iştirak edib.

İ.Qarayev təlimdə çıxışı zamanı müasir qlobollaşan dünya iqtisadiyyatında vergi siyasətinin imperativlərini təhlil etmiş, Azərbaycanda vergi siyasətinin iqtisadi inkişafa təsiri istiqamətlərini araşdırmış, kiçik və orta sahibkarlığın inkişafına xüsusi yer vermiş, bu sahədə vergi siyasətinin xüsusiyyətlərini araşdırıb.

M.Əkbərov təlim zamanı vergi qanunvericiliyinin tətbiqinin hüquqi əsaslarını, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi xüsusiyyətlərini, vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişiklikləri, həmçinin kommersiya hüquqi şəxslərin vergiyə cəlb edilməsi xüsusiyyətlərini, vergi auditinin keçirilməsi xüsusiyyyətlərini dinləyicilərin diqqətinə çatdırıb.

Təlimin sonunda dinləyicilərə sertifikatlar verilib.