gallery6

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında müqavilə imzalanıb

02.05.2018

 

   2 may 2018-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında əməkdaşlıq haqqında çərçivə razılaşması bağlanıb. Razılaşmanı Tədris Mərkəzi adından Mərkəzin rəisi Fərhad Əmirbəyov Beynəlxalq Təlim və Layihə Mərkəzi adından Məərkəzin icraçı direktoru Tariyel Dövlətov imzalayıb.

   Razılaşma Vergilər Nazirliyinin Tədris Mərkəzi və Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə birlikdə Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafının əsas amili kimi biznes mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, dünyanın qabaqcıl elmi-texniki nailiyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrin inkişafı, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi məqsədilə tərəflərin birgə əməkdaşlıq münasibətlərini müəyyən edəcək.

   Tərəflər universitetlərin nəzdində müəllim və tələbə heyətinin maarifləndirilməsi məqsədilə seminarların təşkilini, beynəlxalq təcrübələrin öyrənilməsi və dünyanın aparıcı ali təhsil müəssisələri və təşkilatları ilə birgə əməkdaşlıq əlaqələrinin qurulmasını, birgə təşkilatçılıq ilə peşəkar və korporativ təlimlərin, seminarların və tədbirlərin təşkilini, qarşılıqlı metodoloji yardımın göstərilməsini və s. öhdəsinə götürür.