XƏBƏRLƏR

Xarici mütəxəssisin iştirakı ilə təlim keçirilib

Vergilər Nazirliyinin Tədris Mərkəzinin dəvəti ilə Rusiya Federasiyası Höküməti nəzdində Maliyyə Universitetinin “Risklərin təhlili və iqtisadi təhlükəsizlik” fakültəsinin dekanı, professor Avdiyskiy Vladimir İvanoviç Bakıya səfər edib. Səfərin əsas məqsədi vergi cihayətlərinin ibtidai araşdırılması sahəsində çalışan mütəxəssisləri üçün təlimin keçirilməsi olub.

Təlimin məqsədi cinayətin və terrorçuluğun maliyyələşdirilməsi məqsədi ilə alınmış pul vəsaitlərinin yuyulmasına, pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılmasına (yuyulmasına) qarşı görülən tədbirlər və iqtisadi sahədə hüquq pozuntusunun aşkarlanması və təhqiqatı ilə bağlı təcrübə mübadiləsinin aparılmasından ibarət olub.

Təlim 30 aprel 2018-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin inzibati binasında “Terrorizmin maliyyələşdirilməsi məqsədilə alınan pulların yuyulması ilə əlaqədar iqtisadi sahədə hüquq pozuntusunun təhqiqatı" mövzusunda keçirilib. Təlimdə Vergilər Nazirliyinin Hüquq departamentinin, Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin, Əməliyyat idarəsinin, İstintaq idarəsinin, Preventiv tədbirlər və təhqiqat idarəsinin, Mühafizə və xidmət idarəsinin, Təşkilat - analitik şöbəsinin, Xüsusi qərarlarla əsaslanan audit şöbəsinin, Xüsusi şöbənin və Kriminalistika və uçot bölməsinin əməkdaşları iştirak edib.

Təlim zamanı iqtisadi sahədə törədilmiş hüquq pozuntularına, terrorçuluğun maliyyələşdirilməsinə yönəldilmiş pulların yuyulması, cinayət yolu ilə alınmış pulların və digər əmlakın leqallaşdırılmasına (yuyulmasına) qarşı görülən tədbirlərin nəzəri aspektləri məruzə edilib, praktiki fəaliyyətdə qarşıya çıxan məsələlər əsasında araşdırmalar aparılıb və tövsiyələr verilib.

Təlim yüksək təşkilatşılıq, diskussiya və sual-cavab şəraitində keçib.

Dinləyicilər tərəfindən təliminçiyə və təşkilatçılara minnətdarlıq bilidirilmiş, təlimin nəticəsinin onların peşəkarlıq fəaliyyətinə təsirinin yüksək olacağı bildirilib.