XƏBƏRLƏR

“İnnovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir

25 aprel 2018-ci il tarixində  Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  Ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunmuş “İnnovasiya əsaslı iqtisadi inkişaf: sahibkarlıq, təhsil və elm” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir.

Biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda Konfransda Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat işləri üzrə rəis müavini, baş vergi xidməti müşaviri Mirəli Kazımov da iştirak etmişdir.

Konfransda Mirəli Kazımov çıxış etmişdir. O çıxışında bildirmişdir ki, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin ölkədə iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesini sürətləndirdiyini bildirib. Eyni zamanda son dövrlərdə təhsil və elmi-tədqiqat sahəsində Vergilər Nazirliyinin Tədris Mərkəzində görülmüş işlər barədə məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra konfransda UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse prezidenti Vüqar Zeynalov, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, Bakı Tekstil Fabrikinin Baş direktoru Elçin Babayev çıxış etmişlər.

Çıxışlardan sonra konfrans öz işini “Dünyada kiçik və orta sahibkarlığın inkişaf strategiyası və Azərbaycan modeli” və “XXI əsrin çağırışlarına uyğun Azərbaycanda insan kapitalının formalaşması strategiyası” mövzularına həsr olunan bölmə iclaslarında davam etdirmişdir.