XƏBƏRLƏR

“Azərtürkbank” ASC-də Vergi qanunvericiliyi ilə bağlı keçirilən uzunmüddətli təlim başa çatmışdır

Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə “Azərtürkbank” ASC arasında 2018-ci ilin yanvar ayında bağlanmış müqaviləyə əsasən vergi qanunvericiliyi ilə bağlı keçirilən uzunmüddətli təlim başa çatmışdır. Təlimdə aşağıdakı mövzular tədris edilmişdir:

  • Nağdsız hesablaşmalar haqqında qanunun tətbiqi zamanı vergitutma məsələləri;
  • Ümumi hesabatlıq standartları (CRS) ilə bağlı tələblər;
  • Gəlir və mənfəət vergisi ilə bağlı nəzəri və praktiki məsələlər;
  • Banklarda ƏDV tutulan əməliyyatlar və ƏDV bəyannaməsinin doldurulması;
  • Qeyri-rezidəntə ödənişlər zamanı yaranan vergi öhdəlikləri və onların hesablanması;
  • Vergi orqanı tərəfindən vergi borclarının vergi ödəyicisinin bank hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxslərə verilən sərəncamlar.

Təlimlərdə Tədris Mərkəzinin kafedra müdiri Malik Əkbərov, müəllimlər Azər Mustafayev, Rəşad Əhmədov, Tural Abbasov və Vergilər Nazirliyinin digər əməkdaşı Vəli Abdullayev təlimçi qismində iştirak etmişlər. Təlim interaktiv formada keçirilmiş, müzakirələrin aparılmasına və qarşılıqlı maraq doğuran fikirlərin mübadiləsinə kifayət qədər vaxt ayrılmışdır. Bank əməkdaşları özlərinin aktivliyi və aktual problemləri qaldıra bilmək xüsusiyyətləri ilə fərqlənmışlər. Təlimin sonunda təlim prosesində aktivlik nümayiş etdirən şəxslər Tədris Mərkəzi tərəfindən mükafatlandırılmışlar.