gallery6

Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları ərazi vergi orqanlarına ezam edilib

25.12.2017

Vergi orqanlarında müvafiq fəaliyyət sahələri üzrə işləyən əməkdaşların xidmət etdikləri sahələrdə tutduqları vəzifələrin təlimatlarına, digər normativ sənədlərə uyğun biliklərinin artırılması və vergi orqanlarında vergilərin və vergitutmanın aktual problemləri mövzusunda maarifləndirilmələri üçün onlara zəruri təlimlərin keçirilməsi məqsədilə Mərkəzin əməkdaşları 4 dekabr 2017-ci il tarixdən 22 dekabr 2017-ci il tarixədək ərazi vergi orqanlarına ezam edilmişlər.

Ezamiyyə zamanı “Ərazi vergi orqanları tərəfindən vergi nəzarətinin təşkili zamanı Vergi Məcəlləsinin tətbiqi ilə bağlı məsələlərin müzakirəsi”, “İqtisadi fəaliyyət əleyhinə olan hüquqpozamalar”, “Qeydiyyat və uçot sahəsində olan problemlər”, "Kommersiya təşkilatlarında yeni mühasibat uçotu və vergi uçotunda tətbiqi" və “Kiçik sahibkarlıq və onun vergiyə cəlb edilməsi” mövzularında təlimlər keçirilmişdir.

Təlim prosesində əsasən bəyənnamələrin və risklərin təhlili, vergi öhdəliklərinin icrasına nəzarət, vergi qanunvericiliyinin icrasına nəzarət, qeydiyyat-uçot və xidmət sahəsində çalışan 270 nəfər əməkdaş iştirak etmişdir.

Təlimlər qarşılıqlı diskusiya şəraitində əməkdaşların yüksək fəallığı ilə təşkil olunmuşdur.