XƏBƏRLƏR

Şamaxı rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında Vergilər Nazirliyinin Tədris Mərkəzinin 15 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir

Şamaxı rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında Vergilər Nazirliyinin Tədris Mərkəzinin 15 illik yubileyinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir. Turnir Vergilər Nazirliyinin Tədris Mərkəzi və Şamaxı rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə 2-10 oktyabr 2017-ci il tarixlərində Şamaxı Olimpiya-İdman kompleksində keçirilmişdir.

Turnirdə 10 komanda 2 yarımqrupda mübarizə aparmışdır. Oktyabrın 10-da  keçirilən final görüşündə Şamaxı rayon Polis şöbəsinin komandası ilə Şamaxı rayon Qaz istismar idarəsinin komandası qarşılaşmışlar. Gərgin mübarizə şəraitində keçən oyun Şamaxı rayon polis şöbəsinin komandasının qələbəsi ilə başa çatmışdır. Final oyunundan sonra mükafatçıların təltif olunma mərasimi keçirilmişdir. Mərasimdə Şamaxı rayonu İcra Hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova, Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov və digər məsul vəzifəli şəxslər iştirak etmişlər.

Qalib komandaya kubok və diplom, ikinci yeri tutan komandaya diplom təqdim olunmuşdur. Eyni zamanda turnirin ən yaxşı oyunçusu və ən sərrast bombardiri nominasiyaları üzrə oyunçulara mükafatlar təqdim edilmişdir.