gallery6

“Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə təlimlər təşkil edilmişdir.

31.08.2017

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə 25 iyul 2017-ci il tarixli 1 əmri ilə Tədris Mərkəzində 31 iyul 2017-ci il tarixdən 31 avqust 2017-ci il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlər təşkil edilmişdir.

Təlimlərə 2 qrup olmaqla 44 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 179 tədris saatı ayrılmışdır.

28-29 avqust 2017-ci il tarixlərdə “Peşə fəaliyyətinin ümumi əsasları” modulu üzrə  təlimlərə cəlb edilmiş əməkdaşlar tərəfindən əvvəlcədən seçilmiş sərbəst mövzuların təqdimatı olmuşdur. Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Hüquq idarəsinin Cavabdeh qismində işlər üzrə şöbəsinin hüquqşünası Bədəlova Könül Eyvaz qızı, Daxilolmaların təhlili və uçotu idarəsinin Daxilolmaların təhlili şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyeva Lalə Rəfail qızı, Apellyasiya idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi İbrahimova Şəfa Təmleyxa qızı, Ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Aslan Elgün Füzuli oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan Vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi Əliyev Fərahim Telman oğlu, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Birbaşa əlaqə şöbəsinin böyük dövlət vergi müfəttişi Səfərli Nihad Vasif oğlu mövzuların təqdimatında xüsusi fərqlənmişlər.         

Kursun yekunu üzrə, 31 avqust 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin Vergi nəzarətinin təkmilləşdirilməsi və avtomatlaşdırılması idarəsinin Səyyar vergi yoxlamalarının təkmilləşdirilməsi və avtomatlaşdırılması şöbəsinin dövlət vergi müfəttişi Piriyev Qismət Mərdan oğlu, həmin idarənin Operativ nəzarətin təkmilləşdirilməsi və avtomatlaşdırılması şöbəsinin dövlət vergi müfəttişi İxtiyarlı Nəsib Qabil oğlu,  Əlaqələndirmə və idarəetmə departamentinin Əlaqələndirmə və idarəetmə idarəsinin İdarəetmə şöbəsinin dövlət vergi müfəttişi İlyasov İlyas İmran oğlu,  Vergi siyasəti və strateji araşdırmalar departamentinin Strateji araşdırmalar idarəsinin Strateji hədəflər şöbəsinin dövlət vergi müfəttişi Axundov Tofiq İsrafiloviç, Vergilər Nazirliyi yanında Çağrı Mərkəzi Departamentinin Birbaşa əlaqə şöbəsinin böyük dövlət vergi müfəttişi Səfərli Nihad Vasif oğlu və dövlət vergi müfəttişi Səmədzadə Pərvanə Faiq qızı, Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Hüquq idarəsinin Cavabdeh qismində işlər üzrə şöbəsinin hüquqşünası Vəlizadə Aysel Mirzə qızı, həmin Departamentin Daxilolmaların təhlili və uçotu idarəsinin Daxilolmaların təhlili şöbəsinin dövlət vergi müfəttişi Allahverdiyeva Lalə Rəfail qızı, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin İstehsal fəaliyyəti ilə məşğul olan Vergi ödəyiciləri ilə iş idarəsinin Vergi qanunvericiliyinə nəzarət şöbəsinin dövlət vergi müfəttişi Əliyev Fərahim Telman oğlu,  11 saylı Ərazi Vergilər Departamentinin Regional gəlirlər idarəsinin Bəyannamələrin və risklərin təhlili şöbəsinin dövlət vergi müfəttişi İsmayılov Zamin Əli oğlu və 3 saylı Ərazi Vergilər İdarəsinin İqtisadi təhlil şöbəsinin dövlət vergi müfəttişi Rüstəmov Aqşin Cavanşir oğlu  imtahandan “əla” qiymətlər almışlar.

Qruplar üzrə orta nəticə 84,5% olmuşdur.