gallery6

Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri keçirilmişdir.

12.05.2017

Vergilər Nazirliyinin 28 aprel 2017-ci il və 1 may 2017-ci il tarixli müvafiq əmrləri ilə 3 may 2017-ci il tarixdən 12 may 2017-ci il tarixədək olan müddətdə “Vergi öhdəliklərinin icrasına nəzarət” və “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahələri üzrə vergi inzibatçılığı təlim modulu üzrə Tədris Mərkəzində əyani təhsilalma forması tətbiq edilməklə sertifikatlaşdırma təlimləri keçirilmişdir.

Təlimlərə “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsində çalışan 11 nəfər, “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsində çalışan 20 nəfər olmaqla ümumilikdə, 31 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Vergi ödəyicilərinə xidmət bölməsinin dövlət vergi müfəttişi Piriyev İsmayıl Məhəmməd oğlu və 10 saylı Ərazi Vergilər İdarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Şəffaf vergi partnyorluğu bölməsinin rəhbəri Əhmədov Ramil Bahəddin oğlu tam, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 1-ci bölməsinin rəhbəri Abdulbağıyev Rüfət Vaqif oğlu qismən təlimdə iştirak etməmişdir.   

Təlimlər 7 gün davam etmişdir.  

 “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsində çalışan əməkdaşlardan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin İri vergi ödəyiciləri ilə iş idarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin 2-ci bölməsinin dövlət vergi müfəttişi Abbasov Fikrət Əli İsa oğlu, 3 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin böyük dövlət vergi müfəttişi Şərifov Nüsrət Həsrət oğlu, 4 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin dövlət vergi müfəttişi Nuriyev Ceyhun Zakir oğlu, 12 saylı Ərazi Vergilər Departamentin Kiçik sahibkarlıqla iş İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin baş dövlət vergi müfəttişi Tağıyev Vasif Fikrət oğlu, 13 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Əhmədov Elmar Əli oğlu,və 14 saylı Ərazi Vergilər İdarəsinin Kiçik sahibkarlıqla iş şöbəsinin Vergi öhdəliklərinin icrasına nəzarət bölməsinin baş dövlət vergi müfəttişi Məmmədov Şəmsəddin Hümbət oğlu, “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsində çalışan əməkdaşlardan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin  Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Hüseynova Mənzər Ağarəhim qızı, 4 saylı Ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Vergi ödəyicilərinə xidmət bölməsinin dövlət vergi müfəttişi Mehrəliyev Tural Hidayət oğlu və 5 saylı Ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin şəffaf vergi partnyorluğu bölməsinin rəhbəri Bünyatov Vüsal Zalış oğlu xüsusilə fərqlənmişlər.

“Vergi öhdəliklərinin icrasına nəzarət” və “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahələri üzrə təlim kurslarının sonunda, 12 may 2017-ci il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmiş, imtahanda 28 nəfər vergi orqanı əməkdaşı iştirak etmişdir.

Qruplar üzrə yekun nəticələr müvafiq olaraq 79,9% və 77,8% olmuşdur. 

İmtahanın yekun nəticəsinə görə “Vergi öhdəliklərinin icrasına nəzarət” sahəsi üzrə əməkdaşlardan 1 nəfər 1-ci dərəcəli, 4 nəfər 2-ci dərəcəli, 5 nəfər isə 3-cü dərəcəli, “Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsi üzrə əməkdaşlardan 2 nəfər 2-ci dərəcəli, 8 nəfər isə 3-cü dərəcəli sertifikat almışdır.

“Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu” sahəsi üzrə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Teymurova sitara Adil qızı, həmin departamentin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin  şəffaf vergi partnyorluğu şöbəsinin Rzayev İdrak Eldar oğlu, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin Vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 2-ci zona üzrə şöbəsinin baş dövlət vergi müfəttişi Məmmədov Elçin Bəybala oğlu, 2 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin dövlət vergi müfəttişi Zərbəliyev Müşfiq Əlibala oğlu, 6 saylı Ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Vergi ödəyicilərinə xidmət bölməsinin böyük dövlət vergi müfəttişi Seyfullayev Fariz Sahibəli oğlu, 11 saylı Ərazi Vergilər Departamentinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu idarəsinin Vergi ödəyicilərinə xidmət şöbəsinin böyük dövlət vergi müfəttişi Seyidov Elgiz Çingiz oğlu, 13 saylı Ərazi Vergilər idarəsinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu şöbəsinin Vergi ödəyicilərinə xidmət bölməsinin böyük dövlət vergi müfəttişi Abdullayev İlqar Abid oğlu və Kəlbəcər rayon Vergilər Şöbəsinin Vergi ödəyicilərinə xidmət və uçotun təşkili bölməsinin böyük dövlət vergi müfəttişi Binnətov Kənan Firdusi oğlu “Vergi inzibarçılığı” təlim bloku üzrə keçirilən imtahanda “qeyri-kafi” qiymət almışlar və təkrar imtahan prosesinə cəlb ediləcəklər.