XƏBƏRLƏR

Vergilər Nazirliyinin Tədris Mərkəzində Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

May ayının 5-də Vergilər Nazirliyinin Şamaxıda yerləşən Tədris Mərkəzində ölkəmizin 17 ali məktəbinin 300-dən yuxarı tələbə və magistrantının iştirak etdiyi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergilər” mövzusunda 11-ci olimpiadanın yekun mərhələsi keçirilib.

Olimpiadanın yekun mərhələsində ümumilikdə, 61 nəfər bakalvr və magistr iştirak etmişdir. İştirakçılar Tədris Mərkəzi tərəfindən hazırlanmış xüsusi test bazası əsasında vergilər sahəsində öz biliklərini yoxlayıblar. Yekun mərhələ üçün bakalavrlara vergi qanunvericiliyi fənni üzrə 50, magistrlərə isə vergi qanunvericiliyi fənni üzrə 50, vergi inzibatçılığı fənni üzrə 25 sual olmaqla ümumilikdə, 75 sualdan ibarət olan fərdi test bazası hazırlanıb. İmtahan onlayn rejimdə keçirilib. Nəticələr münsiflər heyətinin iştirakı və nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə müəyyən edilib.

Olimpiadanın nəticələrinə yekun vuran vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentin baş direktoru Ələkbər Məmmədov və Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov ən yüksək nəticə göstərmiş tələbə və magistrantların, həmçinin onların müəllimlərinin adlarını elan edərək, qalibləri təbrik etmişlər. 

Tələbələr arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

1-ci yer   

Cəfərov Zeynalabdin Qabil oğlu (Naxçıvan Dövlət Universiteti)

2-ci yer

Cəbrayılov Muxtar Cəbrayıl oğlu (Azərbaycan Universiteti)

3-cü yer

Musayev Pərvin İmran oğlu (Sumqayıt Dövlət Universiteti)

 

Magistrantlar arasında mükafata layiq yerlər aşağıdakı kimi bölünüb:

1-ci yer   

Məmmədli Qənbər Əbdüləli oğlu (Naxçıvan Dövlət Universiteti)

2-ci yer

Süleymanova Əmmənsə Qafar qızı (Naxçıvan Dövlət Universiteti)

3-cü yer

Vəliyev Aqil Etibar oğlu (Azərbaycan Dövlət İqtisad Universiteti)

 

Həmin günü Vergilər Nazirliyinin Tədris Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Vergi sistemində aparılan islahatlarda ali təhsil müəssisələrinin rolu” mövzusunda  elmi-praktik konfrans keçirilmişdir. Konfransda Vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf   vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov “Vergi sahəsində aparılan islahatlar”, Azərbaycan Dövlət İqtisad Universiteti professoru Zahid Məmmədov “Ali təhsil müəssisələrində vergi sahəsində aparılan Elmi-tədqiqat  işlərinin aktuallığı” , Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Əli Həsənov  “Vergi orqanlarında Təlim -tədris prosesləri”, Naxçıvan Dövlət Universitetinin müəllimi İsmayıl Bağırov “Ali məktəblərdə keçirilən vergi dərslərinin və yazılan vergi dərsliklərinin vergi  islahatlarına təsiri”, Azərbaycan Universitetinin baş müəllimi Tofiq Hümbətov  “Təhsil müəssisələrində vergi tədrisi problemləri” mövzuları üzrə çıxışlar etmişdir.

Nəticələr