gallery6

Ədliyə Akademiyasında təlim keçirilmişdir

04.05.2017

4 may 2017-ci il tarixdə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Vergilər Nazirliyi arasında vergi borclarının alınması istiqamərində informasia mübadiləsinin səmərəliyi” mövzusunda təlim təşkil olunmuşdur.

Təlimdə Ədliyyə Nazirliyinin icra sturukturlarında çalışan 40-a yaxın əməkdaşı iştirak etmişdir.

Təşkil olunmuş təlimdə “Vergilər üzrə borcların alınması. Vergi ödəyicilərinin əmlakı hesabına vergilərin tutulması (Vergi Məcəlləsinin 65, 89 və 90-cı maddələri)” mövzusu üzrə Vergilər Nazirliyinin Tədris Mərkəzinin Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zahir Babayev, “Vergi borclarının alınması ilə bağlı məhkəmə qərarlarının icrasına dair Vergi Məcəlləsinə və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər” mövzusu üzrə Vergilər Nazirliyinin Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin İcra qurumları ilə işin təşkil şöbəsinin rəhbəri Elşad Mirsalamov mühazirə söyləmişdir.

Təlimin sonunda borclu vergi ödəyicilərinin əmlakının siyaıya alınmsı və siyahıya alınmış əmlakın hərracda satışının təşkili prosesində sual doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.