gallery6

“Korporativ maliyyə” fənni üzrə silsilə təlimlərə start verilmişdir

27.02.2017

Maliyyənin idarə edilməsi, maliyyə hesabatlarının formalaşdırılması, biznesin formalaşdırılması, kapitalın hərəkəti, risklərin təhlili, idarə olunması və digər istiqamətlərdə biliklərin mənimsənilməsi, bununla da səyyar və kameral vergi yoxlamalarının keçirilməsinin səmərəliyinin artırılması, risklərin təhlilinin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün “Korporativ maliyyə” (Corporate finance) fənni üzrə təlimlərin keçirilməsinə başlanmışdır.

Təlimlər 24 fevral 2017-ci il tarixdə başlamış, hər həftənin cümə günləri keçirilməklə 7 iyul 2017-ci il tarixədək davam edəcək. Təlimlər həm əyani formada (auditoriyada dinləyicilərin iştirakı ilə), həm də onlayn rejimdə, inglis dilində  keçirilir.

“Korporativ maliyyə” (Corporate finance) fənni üzrə 20 təlimin keçirilməsi nəzərdə tutulur. Təlim zamanı aşağıdakı mövzular üzrə mühazirlələr dinləniləcək:

  • Müəssisə və təşkilatlarda maliyyə menecmenti; 
  • Maliyyə sistemi və faiz dərəclərinin müəyyən edilməsi;
  • Maliyyə hesabatları, pulun hərəkəti və vergi;
  • Maliyyə hesabatlarının analizi: Dupont sistemi;
  • Pulun zaman dəyəri;
  • Diskontlaşdırılmış pul axınları və qiymətləndirmə; 
  • Risklər və onların diversifikasiyasi, özünüödəmə;
  • Qiymətli kağızların qiymətləndirilməsi və faiz dərəcələrinin strukturu;
  • Səhmlərin qiymətləndirilməsi;
  • “Capital budgeting”-in əsasları;
  • Pulun hərəkıti və əsaslı xərclər büdcəsinin tərtib olunması;
  • Layihələrin qiymətləndirilməsi və kapitalın səmərəliliyinin artırılması;
  • Kapitalın dəyəri;
  • Dövriyyə kapitalının idarə olunması və maliyyə qərarları;
  • Kapitalın formalaşması yolları;
  • Kapitalın strukturu və kompaniyanın dəyəri;
  • Dividendlər və dividend siyasəti;
  • Biznesin formalaşması, qiymətləndirmə və maliyyə planlaşdırılması;
  • Opsionlar, korporativ maliyyə və beynəlxalq qərarlar;
  • Beynəlxalq maliyyə menecmenti.

Təlimin sonunda imtahanın keçirilməsi nəzərdə tutulur.

Təlimi təkrar izləmək istəyənlər E-kitabxananın Onlayn təlimlər pəncəricinə girməklə “Bitmiş təlimlər” bölməsində təlimin videoyazısına baxa bilərlər.