XƏBƏRLƏR

Ərazi vergi orqanlarında təlimlər keçirilmişdir

Dövlət vergi orqanlarında aparılmş struktur islahatları və Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin əməkdaşların diqqətinə çatdırılması məqsədilə Tədris Mərkəzinin əməkdaşları 23 yanvar 2017-cı il tarixindən 3 fevral 2017-ci il tarixədək Ərazi Vergi Departamentlərinə və  İdarələrinə ezam edilmişlər. Nəzəri-praktiki seminar Mərkəzin Vergi metodologiyası kafedrasının müdiri Malik Əkbərov, İqtisadiyyat və menecment kafedrasının müdiri İmran Qarayev, Vergi metodologiyası kafedrasının dosenti Rəşad Əhmədov və Vergi metodologiyası kafedrasının baş müəllimi Azər Mustafayev tərəfindən aparılmışdir.

Seminarda vergi orqanlarında etik davranış normaları, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər və onların məzmunu, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı vergi qanunvericiliyində edilmiş dəyişikliklərin mahiyyəti və vergi qanunvericiliyinin tətbiqi ilə bağlı qarşıya çıxan problemlər və onların həlli yolları müzakirə edilmişdir.

Seminar vergi qanunvericiliyində baş verən dəyişikliklər geniş müzakirə edilmiş, təlimçilərə bir sıra suallar ünvanlandırılmışdır. Suallar əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu, ƏDV-nin qeydiyyatı və hesablanması, vergi borclarının geri qaytarılması, əmlakın və torpağın satışında vergilərin hesablanmsı, idxalın vergiyə cəlb edilməsi, pərakəndə ticarətin ƏDV-yə cəlb edilməsi və digər məsələləri əhatə etmişdir.

Seminarda ərazi vergi orqanlarının 563 əməkdaşı iştirak etmişdir.

Təlimlər yüksək təşkilatçılıq, fəallıq və diskussiya şəraitində keçmişdir.