XƏBƏRLƏR

İxtisasartırma təlimi bitmişdir.

Vergilər Nazirliyinin ixtisas (fəaliyyət) sahəsi üzrə təlim kursunun təşkili və keçirilməsi barədə müvafiq əmri ilə Tədris Mərkəzində 24 oktyabr 2016-cı il tarixdən 8 noyabr 2016-cı il tarixədək olan müddətdə “Dövlət vergi  orqanlarında icra intizamına nəzarət və kargüzarlıq işinin təşkili” ixtisas (fəaliyyət) sahəsi üzrə əyani təhsilalma forması tətbiq edilməklə ixtisasartırma təlimi təşkil edilmişdir.

Təlimə bu sahədə çalışan 7 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir.

Tədris-mövzu planına vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri, icra intizamına nəzarət və kargüzarlıq işlərinin təşkili və AVİS-in kargüzarlıq altsistemində işləmə qaydaları ilə əlaqədar mövzular daxil edilmiş və tədris olunmuşdur. Təlimə 74 tədris saatı ayrılmışdır.

İxtisas (fəaliyyət) sahəsi üzrə təlim kursunun sonunda, 8 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

İmtahanda iştirak edən əməkdaşlardan 1 nəfər “əla”, 4 nəfər “yaxşı”, 1 nəfər “kafi”, 1 nəfər isə “qeyri-kafi” qiymətlər almışlar.

6 saylı  Ərazi Vergi İdarəsinin Koordinasiya bölməsinin rəisi Babayev Əli Elşad oğlu imtahandan “əla” qiymət almışdır.

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Vergi borclarının alınması idarəsinin Koordinasiya şöbəsinin mütəxəssisi Hacıyeva Gülçöhrə Hacıqulu qızı imtahandan “qeyri-kafi” qiymət almışdır.

Əməkdaşlardan 6 saylı  Ərazi Vergi İdarəsinin Koordinasiya bölməsinin rəisi Babayev Əli Elşad oğlu, 11 saylı Ərazi Vergilər Departamentinin Koordinasiya bölməsinin baş mütəxəssisi Yusifov Sənan Duman oğlu və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Koordinasiya şöbəsinin 1-ci bölməsinin rəisi Əhmədov Anar Əzizməhəmməd oğlu  praktiki məşğələlərdə fərqlənmişlər.

İlkin qiymətləndirmə nəticəsində qrup üzrə orta nəticə 48,0%, yekun nəticə isə 72,6% olmuşdur.

Sonda imtahandan müvəffəq qiymət almış əməkdaşlara sertifikatlar verilmişdir.