XƏBƏRLƏR

“Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda keçirilən təlim bitmişdir.

Vergilər Nazirliyinin “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda təlimin keçirilməsi barədə müvafiq əmri ilə Tədris Mərkəzində 24 oktyabr 2016-cı il tarixdən 8 noyabr 2016-cı il tarixədək olan müddətdə dövlət vergi orqanlarının stajçı əməkdaşları üçün ənənəvi təhsil sistemi tətbiq edilməklə “Peşə fəaliyyətinin ümumi əsasları” mövzusunda  təlim təşkil edilmişdir.

Təlimə 18 nəfər stajçı əməkdaş cəlb edilmişdir.

Təlim zamanı Vergi Məcəlləsinin tətbiqinin hüquqi aspektləri, hüquqi və fiziki şəxslərin vergiyə cəlb edilməsi, peşə fəaliyyətinin sahə xüsusiyyətləri (vergi inzibatçılığı), peşə fəaliyyətinin ümumi mövzuları və mühasibat uçotunun əsasları ilə əlaqədar mövzular tədris olunmuşdur. Təlimə 74 tədris saatı ayrılmışdır.

Stajçı əməkdaşların bir qrupu tədris məşğələlərində xüsusi fəallıq göstərmişlər. Bu əməkdaşlardan Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Qarışıq əməliyyatların təhlili idarəsinin 1-ci şöbəsinin dövlət vergi müfəttişi Cəfərov Kənan Sakit oğlunu, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişi Həsənov Samir Nadir oğlunu və həmin Departamentin İqtisadi təhlil və vergi ödəyicilərinin uçotunun təşkili şöbəsinin dövlət vergi müfəttişi Piriyeva Ülviyyə Pərviz qızını qeyd etmək olar.

Stajçı əməkdaşların hər biri imtahandan əvvəl 5-10 dəqiqəlik məruzə ilə sərbəst bir mövzu üzrə təqdimat keçirmişdir. Əməkdaşlardan  Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin Bəyannamələr şöbəsinin böyük dövlət vergi müfəttişi Həsənov Samir Nadir oğlu, həmin idarənin İqtisadi təhlil və vergi ödəyicilərinin uçotunun təşkili şöbəsinin dövlət vergi müfəttişi Piriyeva Ülviyyə Pərviz qızı və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təhqiqat şöbəsinin təhqiqatçısı Cavadzadə Ləman Asif qızı fərqlənmişlər.

Kursun yekunu üzrə, 8 noyabr 2016-cı il tarixdə AVİS-də real vaxt rejimində test üsulu ilə imtahan keçirilmişdir.

Qrup üzrə ilkin nəticə 60,9%, yekun nəticə isə 77,2%  olmuşdur.