XƏBƏRLƏR

Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir

26 oktyabr 2016-cı il tarixdə  Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi Şurasının növbəti iclası keçirilmişdir. Elmi Şurada 2016-cı ilin 9 ayı ərzində tədris və elmi-tədqiqat sahəsində görülən işlər, yeni formalaşdırılmış və ekspertizadan keçirilmiş test bazasının vəziyyəti, Tədris Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində Tədbirlər Planının icrası, elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, maddi-texniki və sosial təminat məsələləri və digər məsələlər müzakirə edilmişdir. Müzakirə olunan məsələlər barədə çıxış edən Elmi Şuranın üzvləri  görülən işlər barədə hesabat  vermişlər, qarşıda duran problemlər, tədris və təlim prosesinin təmilləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparmışlar. Aparılan müqayisələr göstərmişdir ki, son 9 ay ərzində vergi orqanları əməkdaşlarının sertifikatlaşdırma, ixtisasartırma, peşə hazırlığı və qısamüddətli təlim proseslərinə cəlb edilməsində  irəliləyişlər baş vermişdir. Elmi Şurada elmi tədqiqat sahəsində görülən işlər, konfransların, dəyirmi masaların və seminarların əhəmiyyəti, elmi əməkdaşlıq əlaqələrinin genişlənməsi xüsusilə qeyd edilmişdir.

Elmi Şuranın sədri Əli Həsənov keçən dövr ərzində görülmüş işlərin nəticələrinin qənaətbəxş olduğunu qeyd etdi. O, test bazasının formalaşdığını, ekspertizadan tam keçirildiyini, növbəti imtahanlarda yeni testlərdən istifadə ediləcəyini söylədi, normativ bazanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin sahəsinin genişləndirilməsi, birgə əməkdaşlıq məqsədilə əlaqələrin yaradılması, təlim materiallarının hazırlanması və Vergilər Nazirliyinin əmri ilə təsdiq edilməsi, Tədris Mərkəzinin fəaliyyətinin fasiləsiz təmin edilməsi və asudə vaxtda elektrik enerjisində yarana biləcək fasilələrin qarşısının alınması, 2017-ci il üçün tədris qrafikinin və Tədris Mərkəzinin 15 illiyi ilə əlaqədar Tədbirlər Planının hazırlanması məqsədilə müəyyən təkliflər və tapşırıqlar verdi.