XƏBƏRLƏR

“İnsan resurslarının idarə edilməsində liderlik” mövzusunda təlim keçirilmişdir.

Vergilər Nazirliyinin müvafiq nömrəli əmri ilə dövlət vergi orqanlarında mövcud olan insan resurslarından daha səmərəli istifadənin təşkil edilməsi istiqamətində dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün yaradılmış kadr ehtiyatına daxil edilmiş əməkdaşların idarəetmə sahəsində biliklərinin təkmilləşdirilməsi məqsədilə dövlət vergi orqanlarının əməkdaşları üçün 21.10.2016-cı il tarixdə Tədris Mərkəzində “İnsan resurslarının idarə edilməsində liderlik” mövzusunda təlim keçirilmişdir.  

Təlimə bu sahədə çalışan 12 nəfər dövlət vergi orqanı əməkdaşı cəlb edilmişdir. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin Audit idarəsinin 2-ci şöbəsinin rəisi Tağıyev Ceyhun Şakir oğlu və 3-cü şöbəsinin rəisi Həsənov Qabil Həsənbaba oğlu təlimdə iştirak etməmişdir.     

Təlimin gündəliyinə “İdarəetmə və liderlik anlayışı. İdarəetmənin mahiyyəti. Dövlət vergi orqanlarında liderlik funksiyasını kimlər həyata keçirir? Orta menecerə qoyulan tələblər.”, “İdarəetmə fəaliyyətinin planlaşdırılması. Vərdiş və bacarıqların aşılanması, özünü təhsil.” və “Liderlikdə problemli vəziyyətlər. İşçi fəaliyyətinə nəzarət. Nəzarətin funksiyası və növləri.” mövzuları daxil edilmiş və tədris olunmuşdur. 

Təlim zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin Vergi nəzarətinin təkmilləşdirilməsi və avtomatlaşdırılması idarəsinin Operativ nəzarətin təkmilləşdirilməsi və avtomatlaşdırılması şöbəsinin rəisi Şahmirzəyev Bəhruz Ağamurad oğlu, Daxili təhlükəsizlik baş idarəsinin Xidməti təhqiqat və araşdırmalar idarəsinin Xidməti təhqiqat şöbəsinin rəisi Şükürov Azər Şirəli oğlu, Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin Vergi qanunvericiliyinin tətbiqi şöbəsinin rəisi Quliyev Əvəz İbrahim oğlu və İnsan resursları İnsan resurslarının planlaşdırılması şöbəsinin rəisi Məmişov Kamran Kamal oğlu müzakirə olunan məsələlərə yanaşmada xüsusilə fərqlənmişlər.