XƏBƏRLƏR

 

Anar Cəlilağa oğlu Mirzəyev  
İqtisadiyyat və menecment kafedrasının baş müəllimi
2-ci dərəcəli müfəttiş

1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.

2003-2007-ci  illər Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində Politoligiya ixtisası üzrə təhsil almışdır (bakalavr).

2007-2008-ci illərdə Azərbaycan ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2008-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Azərbaycanda siyasi proseslər ixtisası üzrə təhsil almışdır.(magistr)

Hal-hazırda Turizm və Menecment Universitetində Maliyyə ixtisası üzrə təkrar ali təhsil alır.

2009-2016-cı illərdə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və bir sıra özəl təşkilatlarda insan resursları və təlim sahəsində müxtəlif vəzifələrdə çalışmışdır.

2017-ci ilin yanvar ayından Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin İqtisadiyyat və menecment kafedrasında baş müəllim vəzifəsində çalışır.

İnsan resursları və təlim sahəsində ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində seminar, təlim və təcrübə proqramlarında iştirak etmiş və müvafiq sertifikatlar əldə etmişdir.