XƏBƏRLƏR

 

Ceyhun Ağasəməd oğlu Mehdiyev  
Tədris Mərkəzinin rəisinin birinci müavini
vergi xidməti müşaviri   

1984-cü ildə anadan olub.

2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr dərəcəsi üzrə, 2008-ci ildə həmin fakültəni magistr dərəcəsi üzrə bitirmişdir. Əmək fəaliyyətinə Azərbaycan Respublikasının dövlət vergi orqanlarında başlamışdır.

2007-ci ildən 2014-cü ilə qədər Vergilər Nazirliyinin Kadr siyasəti və hazırlığı idarəsinin böyük, daha sonra baş mütəxəssisi vəzifəsində işləmişdir.

2014-cü ildən 2016-cı ilə qədər Vergilər Nazirliyinin İnsan resursları idarəsinin Təhsil və inkişaf şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2016-cı ilin iyun ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin təhsil işləri üzrə müavini vəzifəsində işləmişdir.

2017-ci ilin mart ayından hal-hazıradək Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisinin birinci müavini vəzifəsində işləyir.

2017-ci ildə çap edilmiş "Vergi inzibatçılığı" dərsliyinin həmmüəllifidir.

İnsan resursları və təlim sahəsində ölkəmizdə və dünyanın müxtəlif dövlətlərində seminar və təlimlərdə iştirak etmiş və müvafiq sertifikatlar əldə etmişdir.