XƏBƏRLƏR

 

Elbəyi Əli oğlu Hüseynov  
Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müdiri
baş vergi xidməti müşaviri  

1955-ci ildə Gürcüstan SSR  Dmanisi rayonunun A.Qarabulaq kəndində  anadan olmuşdur.

1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur.

1985-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun “mühəndis-iqtisad”  fakültəsini bitirmişdir.

1993-cü ilədək müxtəlif müəsisə, təşkilat və dövlət orqanlarında işləmişdir.

1993-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin  nəzarət şöbəsinin  böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2000-2002-ci illərdə Vergilər Nazirliyinin Baş Nəzarət İdarəsinin  baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2002-ci ildə Nizami Rayon Vergilər İdarəsinin Vergi ödəyicilərinin məlumatlandırılması şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2002-2003-cü illərdə Bakı şəhəri Vergilər Departamentinin  3 saylı filialının  baş dövlət vergi müfəttişi vəzifəsində işləmişdir.

2003-cü ildə  Bakı şəhəri Vergilər Departamentinin   Operativ nəzarət  idarəsinin və Bakı şəhəri Vergilər Departamentinin   Vergi ödəyicilərinə xidmət  şöbəsinin  böyük dövlət vergi müfəttişi vəzifələrində işləmişdir.

2003-2005-ci illərdə  Vergilər Nazirliyinin Tədris Mərkəzinin  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının müəllimi vəzifəsində işləmişdir.

2005-2008-ci illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının baş müəllimi vəzifəsində işləmişdir.

2008-2011-ci illərdə Vergilər Nazirliyinin Tədris Mərkəzinin  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının  müdiri vəzifəsində işləmişdir.

2011-2013-cü illərdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin Vergi siyasəti idarəsinin  Qanunvericiliyin  monitorinqi və təkmilləşdirilməsi şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2013-cü ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin  Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrasının  müdiri vəzifəsində işləyir.

Ailəlidir 2 övladı var