XƏBƏRLƏR

 

 

Xəyal Şəfaqət oğlu İsmayılov 
Maliyyə, təminat və mühasibat uçotu şöbəsinin Baş iqtisadçısı
2-ci dərəcəli müfəttiş

 

1992-ci ildə İsmayıllı rayonunda anadan olub.

2009-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisasını bakalavriat təhsil pilləsi üzrə bitirmişdir.

2013-2014-cü illərdə Azərbaycan ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur.

2017-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə nəzarəti və audit ixtisası üzrə magistr dərəcəsi almışdır.

Əmək fəaliyyətinə 9 sentyabr 2015-ci ildə Vergilər Nazirliyinin 9 saylı Ərazi Vergilər İdarəsinin Vergi öhdəliklərinin müəyyənləşdirilməsi və icrasına nəzarət şöbəsində dövlət vergi müfəttişi vəzifəsində başlamışdır.

2016-ci ilin yanvar ayından 9 saylı Ərazi Vergilər İdarəsinin Bəyannamələrin kameral yoxlanması şöbəsinin dövlət vergi müfəttişi vəzifəsində xidmət etmişdir.

2016-cı ilin avqust ayından Vergilər Nazirliyinin Tədris Mərkəzinin Maliyyə və təsərrüfat şöbəsinin baş iqtisadçısı vəzifəsində xidmət edir. 

10-dan çox məqalənin müəllifidir.