XƏBƏRLƏR

 

Aqşin Vüqar oğlu Əliyev 
İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsinin Baş müəllimi
2-ci dərəcəli müfəttiş

1988 - ci ildə Bakı şəhərində anadan olmuşdur.

2004 - 2008-ci illərdə Bakı Dövlət Universitetində İqtisadi Nəzəriyyə ixtisası üzrə bakalavr təhsili almışdır.

2008ci ildə London Kommersiya məktəbinin iqtisadiyyat və biznes üzrə hazırlıq kurslarını bitirmişdir və diplomunu əldə etmişdir

2009-2011-ci illərdə Ingiltərənin ( Böyük Britaniya) Qlouçester Universitetinin MBA – Beynəlxalq Biznes ixtisası üzrə təhsil alaraq magistr dərəcəsi almışdır.

2012-ci ildə Odlar Yurdu Universitetinin Menecment  və Biznesin Təşkili kafedrasının dokturantı olmuş və 2017-ci ildən isə İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2014 ildə  ACCA- (SERTİFİKATLAŞDIRILMIŞ MÜHASİBLƏR ASSOSİASİYASI) – F1 , F2, F3 imtahanlarını keçmiş  “Diploma in Accounting and Business”        beynəlxalq dərəcəli diplomunu əldə etmişdir.

Əmək fəaliyyətinə 2007-ci ildən bank sektorunda başlamış, BMT-nin Azərbaycan ofisində , Universitetdə müəllim və sığorta şirkətində maliyyəçi, maliyyə şöbəsinin müdiri kimi fəaliyyət göstərmişdir.

2016 - cı ildən  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və Strateji araşdırmalar Baş idarəsinin  Strateji hədəflər şöbəsinin  müfəttişi,  2017 –ci ildən  Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzində  İqtisadiyyat və menecment kafedrasının müəllimi kimi fəaliyyət göstərir.

2011- ci ildən elmi pedaqoji fəaliyyətlə məşğuldur. Universitetdə Makroiqtisadiyyat, Vergi və Vergitutma, Vergi siyasəti fənlərini tədris edir.

10 - dan çox elmi məqalənin müəllifidir.