XƏBƏRLƏR

 

Ramiz Bulut oğlu Məhərrəmov

Tədris və metodika şöbəsinin rəisi

vergi xidməti müşaviri

 

1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1975-1977-ci illərdə Azərbaycan Neft-Kimya zavodunun 7 saylı trestinin Təmir tikinti idarəsində fəhlə işləmişdir.  

1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.

1979-1984-cü illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Maliyyə və kredit” fakültəsində əyani təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.

1984-1988-ci illərdə AzSSR Dövlət Plan Komitəsi nəzdində Elmi-tədqiqat İqtisadiyyat İnstitutunun Təsərrüfat mexanizminin təkmilləşdirilməsi problemləri bölməsində elmi işçi, sonradan baş elmi işçi vəzifələrində işləmişdir.

1988-1992-ci illərdə Rusiya Hökuməti nəzdində Maliyyə Akademiyasında (indiki Moskva Maliyyə İnstitutu) aspiranturada əyani təhsil almışdır. İqtisad elmləri namizədidir.

1992-2001-ci illərdə  Azərbaycan Universitetinin  İqtisad və idarəetmə fakultəsinin dekanı,  İqtisadi nəzəriyyələr kafedrasının baş müəllimi vəzifəsində işləmişdir.

2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Vergi və vergiqoyma” kafedrasının dosenti, kafedra müdirinin müavini vəzifəsində işləmişdir.

2003-cü ildə “Vergi və vergiqoyma” ixtisası üzrə dosent elmi adı almışdır.

2007-ci ildən indiyədək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasında 0,5 əvəzçiliklə dosent vəzifəsində işləyir.

2007-ci ildən Vergilər Nazirliyinin Tədris Mərkəzində kafedra müdiri, sonradan şöbə rəisi vəzifəsində işləyir.

70-dən çox elmi məqalənin, 5 dərsliyin, 1 monoqrafiyanın, 5 praktiki metodiki vəsaitin, bir sıra tədris proqramlarının və metodiki göstərişlərin müəllifidir.

Ailəlidir, 2 övladı var.