XƏBƏRLƏR

 

Seymur Tofiq oğlu Məmmədov 
Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin rəisi
vergi xidməti müşaviri

13 avqust 1980-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəə bazarı və xidmət sahəsində kommersiya fəaliyyəti” fakultəsinin bakalavr pilləsini bitirmişdir.

2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Əmtəə bazarı və xidmət sahəsində kommersiya fəaliyyəti” fakultəsinin magistr pilləsini bitirmişdir.

2003-2004-cü illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

2005-2006-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Vergi Borcları şöbəsinin Vaxtında təqdim edilməyən Bəyannamələrin alınması bölməsi dövlət vergi müfəttişi vəzifəsində çalışmışdır.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin Koordinasiya bölməsinin mütəxəssisi və böyük mütəxəssisi vəzifəsində çalışmışdır.

2008-2014-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin texniki vəsaitlərin öyrənilməsi və tətbiqi üzrə mütəxəssisi vəzifəsində çalışmışdır.

2014-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Tədris və metodika şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışmışdır.

2016-cı ildən Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi-tədqiqat bölməsinin rəisidir.

Ailəlidir, 1 övladı var.