AQRAR SEKTORUN MALİYYƏ TƏMİNATININ YÜKSƏLDİLMƏSİNDƏ VERGİ GÜZƏŞTLƏRİNİN ROLU

17.05.2019

Əhmədov Rəşad Kazım oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Vergi metodologiyası kafedrasının dosenti

XÜLASƏ

         Məqalədə müasir iqtisadi şəraitdə tətbiq olunan vergi azadolmalarının aqrar sektorun fəaliyyətinə təsiri məsələləri araşdırılmış, Azərbaycanda həyata keçirilən vergi siyasətinin bu sektorda kooperasiya və inteqrasiya əlaqələrinin formalaşmasına təsir imkanları təhlil edilmiş və müvafiq nəticə əldə edilmişdir. Aparılmış təhlilin yekunu olaraq aqrar sahənin inkişafının maliyyə təminatının təkmilləşdirilməsi istiqamətində bir sıra təkliflər (misal olarq: sahənin investisiya cəlbediciliyini yüksəltmək məqsədilə bu sahədə fəaliyyət göstərən emal müəssisələrinin mənfəət vergisindən azad olunması və ya vergi dərəcəsinin azaldılması) verilmişdir.