Qloballaşma və vergi siyasəti

 

İmran Qarayev, iqtisad elmləri üzrə fəlsəfə doktoru

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi

Kafedra müdiri

 Xülasə

Bu məqalə globallaşma proseslərinin vergi siyasətinə təsiri məsələlərinə həsr edilmişdir. Rəqəmsal iqtisadiyyatın inkişafı, elektron kommersiya əməliyyatlarının genişlənməsi, iqtisadiyyatın yeni seqmentlərinin yaranması vergi siyasəti qarşısında yeni məsələlərin araşdırılması zərurətini  yaradır. Bununla bağlı vergitutma bazasının  aşınması büdcə gəlirlərinə təsir göstərir. Məqalədə bu məsələlərə xüsusi diqqət yetirilmişdir.