SANKSİYALARIN LƏĞVİNDƏN SONRA İRANIN ENERJİ BAZARINDA İŞTİRAKI

 

i.ü.f.d. Əliyev Aqşin Vüqar oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

İqtisadiyyat və menecment kafedrasının müəllimi

 

Məqalə sanksiyaların ləğvindən sonra İranın dünya enerji bazarındakı rolunun qiymətləndirilməsinə həsr olunmuşdur. İranın potensial enerji resursları və ixrac marşrutlarının istiqamətləri araşdırılmış və sanksiyaların ləğvindən sonra İranın enerji bazarındakı gələcək fəaliyyətinə dair ssenarilər təhlil olunmuşdur.