AQRAR SAHƏDƏ KOOPERASİYA ƏLAQƏLƏRİNİN FORMALAŞMASINDA VERGİ SİYASƏTİNİN ROLU

Əhmədov Rəşad Kazım oğlu

Vergilər Nazirliyinin Tədris Mərkəzi

Vergi metodologiyası kafedrasının dosenti

 

         Məqalə kooperativlərin vergiyə cəlb edilməsi və yeni yaradılan kooperativlərə dövlət dəstəyi ilə bağlı müasir beynəlxalq təcrübədən, xüsusən də inkişaf etmiş Avropa ölkələrinin zəngin təcrübəsindən istifadə edilmiş, müvafiq təcrübənin Azərbaycanda tətbiq imkanları müəyyən edilmişdir. Azərbaycanda həyata keçirilən vergi siyasətinin aqrar sahədə kooperasiya əlaqələrinin formalaşmasına təsir imkanları müəyyən edilmiş və bu istiqaəmətdə beynəlxalq təcrübəyə əsaslanan təkliflər (sahəyə maraq oyatmaq və sektorun inkişafını sürətləndirmək üçün vergi sahəsində yeridilən siyasətin kooperativ inkisafın maraqlarına uyğunlaşdırılması, bu sahədə səmərəliliyin əldə olunması istiqamətində istehsal, həmçinin istehlak kooperativlərinin istehsal və emal etdikləri bütün növ kənd təsərrüfatı məhsullarının müəyyən müddətə vergilərdən azad edilməsi, bu məqsədlə Vergi Məcəlləsinə dəyişiklik olunması) verilmişdir.