Tədris Mərkəzinin Elmi Şurası

Tədris Mərkəzinin Elmi Şurasında onun fəaliyyətinin əsas məsələləri müzakirə edilir. Elmi Şuranın Əsasnaməsi və tərkibi Azərbaycan Respublikasının vergilər nazirinin əmri ilə təsdiq edilir. 

Mərkəzin Elmi Şurasının tərkibinə rəis, onun müavinləri, kafedra müdirləri, elmi-tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəisləri daxildir. Vergilər Nazirliyinin və Mərkəzin strukturlarından seçilmiş aparıcı alimlər və mütəxəssislər, habelə digər təhsil və elm müəssisələrinin aparıcı alimləri Şuranın iclaslarına dəvət oluna bilər.

Elmi Şuranın fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar aid edilir:

Mərkəzin bütün fəaliyyət istiqamətləri, o cümlədən təhsil və elmi-tədqiqat işləri üzrə məsələləri müzakirə etmək, vergitutma sahəsində əlavə təhsilin və elmi-tədqiqat işlərinin planlaşdırılması və təşkili proseslərinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələrin hazırlanması işlərini həyata keçirmək;

Mərkəzin təhsil və elmi-tədqiqat fəaliyyəti üzrə illik iş planlarını müzakirə etmək və təsdiqi ilə bağlı Mərkəzin rəhbərliyinə tövsiyələr vermək;

Mərkəzdə həyata keçirilən təlim proseslərində müasir təlim metodlarının və alətlərinin tətbiqi, tədrisin təlim materialları ilə təminatının təkmilləşdirilməsi  üçün təkliflər vermək;

Mərkəzin şöbə və bölmə rəhbərlərinin hesabatlarını dinləmək;

Mərkəzdə seçkili vəzifələrin tutulması üçün seçki keçirmək və müsabiqənin nəticələrini təsdiq olunması üçün aidiyyəti üzrə təqdim etmək və s.