3.Mənfəət vergisi.

Mənfəətdən verginin ödəyiciləri aşağıdakılar müəyyən edilmişdi:

Vergi tutulan mənfəətin hesablanması aşağıdakı qaydada aparılırdı:

Məhsulun (işlərin, xidmətlərin) satışından əldə edilən mənfəət məhsulun (işlərin, xidmətlərin) mövcud qiymətlərlə satışından hasil olan məbləğilə məhsulun (işlərin, xidmətlərin) maya dəyərinə daxil edilən istehsal və satış xərcləri arasında fərq kimi müəyyən edilirdi.

Qeyri-satış əməliyyatından gəlirə (xərclərə) aşağıdakılar daxil edilirdi: birgə müəssisələrdə payçı kimi iştirakdan, əmlakın icarəyə verilməsindən alınan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən gəlir (dividendlər, faizlər), habelə məhsul (işlər, xidmətlər) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlir (xərclər), o cümlədən satışdan əldə edilən pul və auksionda valyuta fondları vəsaiti alınması ilə əlaqədar xərclər, iqtisadi sanksiyalar və zərərin ödənilməsi şəklində götürülmüş və ödənilmiş məbləğlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyqun olaraq sanksiyalar şəklində büdcəyə daxil edilmiş məbləğlər qeyri-satış əməliyyatlarından çəkilən xərclərin tərkibinə daxil edilmir, müəssisələrin sərəncamında qalan mənfəətin ayağına yazılırdı.

Vergi tutulan mənfəətin hesablanması üçün renta tədiyələrinin (müəyyən edilmiş qaydada mənfəətdən verilən tədiyələrin) məbləği, müəssisəyə məxsus səhmlərdən, istiqrazlardan və digər qiymətin kağızlardan götürülmüş gəlirlərin (dividendlərin, faizlərin) məbləği, Azərbaycan Respublikasının ərazisində yaradılmış, birgə müəssisələrdə payçı kimi iştirakdan götürülmüş gəlirin məbləği (xaricdə götürülən gəlirdən savayı) balans mənfəətindən çıxılırdı.

  1. Vergi tutulan mənfəət hesablanarkən kommersiya banklarının, respublika və xarici hüquqi şəxslərin və vətəndaşların iştirak etdiyi birgə müəssisələrin, habelə səhmdar cəmiyyətlərinin balans mənfəətindən belə müəssisələrin ehtiyat fonduna və ya təyinatına görə buna bənzər fondlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğə çatanadək, lakin nizamnamə fondunun 25 faizindən çox olmamaq şərtilə ayırmalar çıxılırdı.

  2. Təsərrüfat hesabında olmayan, təsərrüfat və digər kommersiya fəaliyyətindən gəlir götürən təşkilatlardan (büdcə təşkilatları istisna edilməklə) vergi bu fəaliyyətdən götürülən gəlirlə xərclər arasındakı fərqdən tutulurdu. Bu qəbildən olan təşkilatlara idarəetmə və əlaqələndirmə funksiyalarını, digər nizamnamə vəzifələrini yerinə yetirməklə yanaşı ayrı-ayrı istehsalat-təsərrüfat funksiyalarını icra edən ittifaqlar, təsərrüfat assosiasiyaları, konsernlər və müəssisələr birliyinin başqa formaları, ictimai birliklərin orqanları aiddir.